Azərbaycanda həbs edilən İran vətəndaşı barədə məhkəmə qərarı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda dələduzluqda təqsirləndirilərək həbs edilən İran vətəndaşı Ebrahimi Milaninin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda dələduzluqda təqsirləndirilərək həbs edilən İran vətəndaşı Ebrahimi Milaninin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə E.Milaninin öz ölkəsinə göndərilməsi barədə qərar qəbul edib.

E.Milani külli miqdarda dələduzluqda ittiham olunaraq İran tərəfindən beynəlxalq axtarışa verilib. Təqsirləndirilən şəxs Azərbaycanda saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, E.Milani İrandan Azərbaycana gələrək burada taxıl biznesi ilə məşğul olub.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31