Azərbaycanda məşhur müğənninin oğlu saxlanıldı - Narkotikə görə - FOTO

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.

Dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı mərhum müğənninin oğlu Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Azərbaycan Respublikası Cinayət məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.

Unikal.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31