Velosiped oğrusu ələ keçib
Velosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
8 İyun 2018 14:38 KriminalVelosiped oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 6-da Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakinləri Z.Abdullayev və S.Əhmədzadə evlərinin girişindən velosipedlərinin oğurlandıqlarını bildiriblər. "İsti izlər"lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurladığı velosipedləri satmaq istəyən şəxs cinayət başında yaxalanıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məlikov olduğu məlum olub. Onun iyunun 4-nə keçən gecə daha 2 nəfərin velosipedlərini oğurlaması da müəyyən edilib.Velosipedlər polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Faktla bağlı araşdırma aparılır.