Ağdaş sakinindən 18 kq marixuana götürülüb
Ağdaş sakinində xeyli miqdarda narkotik vasitə aşkar edilib.
8 İyun 2018 14:36 KriminalAğdaş sakinində xeyli miqdarda narkotik vasitə aşkar edilib.
Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Nizami RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Keşlə qəsəbəsinin ərazisində Ağdaş rayon sakini, əvvəllər də narkotikə görə məhkum olunmuş Rövşən Hacıyevdən 18 kiloqram 200 qram marixuana götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31