Prokuror etiraz etdi: Quldurluq edən dostların işi ağırlaşdırılacaq

Quldurluqda təqsirləndirilən dostların işi ağırlaşdırılacaq. Prokuror etiraz edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Miqdar Qarazadə və Kamil Rüstəmzadənin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xanşikiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb. Prokuror həmin şəxslərin cinayət əməlində daha ağırlaşdırıcı halların olduğunu deyərək, işin ibtidai istintaqa qaytarılmasını istəyib.

Məhkəmə vəsatəti təmin edib. M.Qarazadə və K.Rüstəmzadənin cinayət işinin yenidən araşdırılması üçüm ibtidai istintaqa qaytarılması barədə qərar çıxarılıb.

Bildirək ki, ötən il Abşeron rayonunda gecə saatlarında yaşlı kişini döyən iki dost daha sonra onun bahalı mobil telefon və pulunu götürüblər. İntiqam Əsədzadə rayon polis idarəsinə məlumat verib ki, toy məclisindən çıxıb, evinə gedərkən taksidə olan iki nəfər onu Aşağı Güzdək qəsəbəsində avtomobildən düşürərək döyüb. Zərərçəkmiş həmçinin hadisə zamanı 700 manatlıq mobil telefonun və 300 manat pulunun da aparıldığını qeyd edib.

Quldurluqda şübhəli bilinən Bakı sakini K.Rüstəmzadə və Sabirabad sakini M.Qarazadəni saxlayıb. Dindirilərkən adıçəkilən şəxslər gecə vaxtı cinayət törətmək məqsədi ilə metronun chr("39")chr("39")20 Yanvarchr("39")chr("39") stansiyası yaxınlığına gəldiklərini deyiblər.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər paytaxtın müxtəlif rayonlarında həm quldurluq, həm də oğurluq cinayətləri də törədiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31