Mənzildən 70 min dollar oğurlayanlar ələ keçiblər

Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cari ilin yanvarında Şamil Şirinovun evindən 70000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri - Elgün Yusifov, Elşad Nazmzaov və Kəlbəcər rayon sakini Röyal Sabirli saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, zərərçəkənin mənzilində külli miqdarda pul olması barədə dəstə üzvü E.Yusifovun əvvəlcədən məlumatı olub.Onun təklifi əsasında dəstənin digər üzvü R.Sabirli mənzilə daxil olaraq orada olan pulu oğurlayıb. Hadisədən sonra dəstə üzvləri əldə etdikləri pulu aralarında bölüblər. Saxlanılan şəxslər ifadələrində törətdikləri hadisəni etiraf ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31