25 kiloqram narkotik dövriyyədən çıxarıldı

Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlərini uğurla davam etdirirlər.

Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, təkcə bir gün ərzində - iyunun 7-də bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 25 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş xeyli sayda çətənə kolu polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31