Şamaxıdakı atışma ilə bağlı cinayət işi başlandı

Şamaxı rayonunda baş vermiş atışma ilə bağlı cinayət işi başlanıb.

Şamaxı rayonunda baş vermiş atışma ilə bağlı cinayət işi başlanıb.

Şamaxı rayon prokurorluğundan verilən məlumata görə, hadisə iyunun 6-da bir qrup şəxs arasında baş verib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Hadisənin səbəbləri, eləcə də cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri və təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, iyunun 6-da Şamaxı rayonu ərazisində adı istintaqa məlum olmayan bir qrup şəxs arasında silahlı insident baş verib. Hadisə nəticəsində yaralanan şəxslərin olduğu bildirilir.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31