Bakıda Ukrayna vətəndaşı olan qadın əkiz körpələri ilə birlikdə itkin düşüb
Bakıda kirayədə yaşayan Ukrayna vətəndaşı olan gənc qadın əkiz körpələri ilə birlikdə itkin düşüb.
7 İyun 2018 11:24 KriminalBakıda kirayədə yaşayan Ukrayna vətəndaşı olan gənc qadın əkiz körpələri ilə birlikdə itkin düşüb.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Bakının Binəqədi rayonunda kirayədə qalan Ukrayna vətəndaşı 1990-cı il təvəllüdlü Viktoriya Mixaylovna əkiz övladları -Türkiyə vətəndaşları 2018-ci il təvəllüdlü Mehmet Yılmaz və Furkan Yılmazla birlikdə evdən çıxıb və geri qayıtmayıb.
Binəqədi Rayon Polis İdarəsi onların axtarışlarını aparır.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31