Göyçayda güclü yanğın başladı

Göyçay rayonunda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib.

Göyçay rayonunda taxıl sahəsi və nar bağında güclü yanğın baş verib.

Bığır kəndində biçilməmiş taxıl sahəsində və nar bağlarının təxminən 25 hektar ərazisi yanıb.

Hazırda yanğın davam edir.

Hava küləkli olduğundan yanğının qarşısını almaq çətinləşib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay, İsmayılı, Ağsu rayonlarının Yanğından Mühafizə hissələrinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Alovun qarşısını almaq üçün tədbirlər görülür.

APA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31