277 ədəd rels altlığı satan ələ keçib
6 İyun 2018 14:14 Kriminalİyunun 5-də Lənkəran Xətt Polis Məntəqəsinin əməkdaşları rayon dəmir yolu stansiyasının ərazisindəki metal qəbulu məntəqəsində qalaqlanmış rels altlıqları aşkar ediblər.
DİN-dən "Olaylar"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin rels altlıqlarını məntəqəyə rayon sakini Atakişi Həsənzadənin satdığı müəyyən edilib. Metal qəbulu məntəqəsindən ümumilikdə 277 ədəd rels altlığı polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31