Soyğunçuluq edən keçmiş məhkum saxlanıb

Sumqayıt şəhərində soyğunçuluqla məşğul olan şəxs saxlanıb.

Sumqayıt şəhərində soyğunçuluqla məşğul olan şəxs saxlanıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edən şəhər sakini F.Rüstəmzadə iyunun 4-də 14-cü məhəllə ərazisində mobil telefonunun açıq talama yolu ilə alındığını bildirib. Əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları qısa zamanda soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Bakı şəhər sakini olan, əvvəllər məhkum olunmuş Camal Mikayılov törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31