“Mercedes” yolu keçən piyadanı vurub öldürüb

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 5-də saat 1 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Cəlal Muradov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Elməddin Əhmədovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31