Keçmiş məhkumdan narkotik vasitə götürülüb

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əbülfəz Əsgərov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan çəkisi 355 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31