Vətəndaşlardan odlu silah götürülüb
Sabirabad və Mingəçevir sakinindən silah-sursat götürülüb.
4 İyun 2018 16:49 KriminalSabirabad və Mingəçevir sakinindən silah-sursat götürülüb.
DİN-dən "Olaylar" a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Şıxlar kənd sakini Mehman Əliyevdə müvafiq sənədləri olmayan "Vinçester" markalı ov tüfəngi aşkarlanıb.
Həmçinin Mingəçevir ŞPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hüseynovdan kustar üsulla hazırlanmış tüfəng, 357 ədəd pulemyot patronu və 20 ədəd avtomat patronu götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31