Bakıda zavod ərazisində yanğın var
Bakı Poladtökmə Zavodunun ərazisində yanğın baş verib.
4 İyun 2018 15:25 KriminalBakı Poladtökmə Zavodunun ərazisində yanğın baş verib.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır.
Hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.
Nazirlik bildirir ki, yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, ötən gün Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 ha olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m² sahədə yanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31