Ölkəyə qanunsuz siqaret gətirilməsinin qarşısı alınıb

Gürcüstandan Azərbaycana qanunsuz siqaret və pirotexniki vasitələrin keçirilməsinin qarşısı alınıb.

Gürcüstandan Azərbaycana qanunsuz siqaret və pirotexniki vasitələrin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobil saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi "Mitsubishi Pajero io" markalı nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük baxışı zamanı, avtomobilin yanacaq çəninin içərisində - hər birində 60 ədəd olmaqla 101 qutu pirotexniki vasitə, avtomobilin ayaqaltı rezinlərinin altında isə cəmi 1060 ədəd "Marlboro Gold Edge" adlı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31