Sumqayıtda evlərə qənim kəsilən şəxslər saxlanıblar

Sumqayıtda bu ilin martından iyunun 1-dək olan müddətdə 9 evdən oğurluq edən şəxslər saxlanılıb.

Sumqayıtda bu ilin martından iyunun 1-dək olan müddətdə 9 evdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, evlərdən təmir-tikinti alətləri, elektrik naqilləri, inşaat materialları, qızıl-zinət, məişət və geyim əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxslər - Corat qəsəbə sakinləri Tasim Dadaşov və Rüfət Abasəliyev saxlanılıblar. Araşdırmalarla onların cinayət yolu ilə əldə etdikləri əşyaları 3 metal qəbulu məntəqəsinə satdıqları müəyyən edilib və maddi sübutlar polis əməkdaşları tərəfindən həmin məntəqələrdən aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31