Lənkəran sakinindən 11 kq narkotik götürülüb
Dörd növ narkotik vasitə satmaq istəyən şəxs saxlanılıb.
4 İyun 2018 15:14 KriminalDörd növ narkotik vasitə satmaq istəyən şəxs saxlanılıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, iyunun 2-də Yardımlı-Masallı yolunun 39-cu kilometrliyində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini Qadir Əliyev saxlanılıb. Onun əlindəki torbadan ümumilikdə 11 kiloqramdan artıq müxəlif növ narkotik vasitə - 4 kiloqram 64,2 qram heroin, 6 kiloqram 23,3 qram tiryək, 943,7 qram həşiş qətranı, 76,25 qram psixatrop maddə olan metamfetamin və digər həblər aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31