Yük maşını piyadanı vurub öldürdü
Bakıda yük maşını yolu keçən qadını vuraraq öldürüb.
4 İyun 2018 14:14 KriminalBakıda yük maşını yolu keçən qadını vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 2-də saat 23 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Maştağa qəsəbə sakini Musafəddin Hümbətov idarə etdiyi "ZİL" markalı avtomobillə yolu keçən 40-45 yaşlı qadını vurub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31