Quşçuluq fermasının vəzifəli şəxsləri azadlığa buraxıldı – Hökm
Külli miqdarda mənimsəmədə təqsirli bilinən Şəadət Bayramov və Gündüz Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
4 İyun 2018 12:24 KriminalKülli miqdarda mənimsəmədə təqsirli bilinən Şəadət Bayramov və Gündüz Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Hər iki şəxs barəsində 5 il müddətinə şərti cəza təyin edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.
Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham ediliblər.
Gündüz Musayev və Şadət Bayramov "Şurabad Quşçuluq" MMC-nin vəzifəli şəxsləri olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31