İŞİD-in azərbaycanlı üzvünə hökm oxundu
1 İyun 2018 17:07 Kriminalİraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində döyüşməkdə təqsirləndirilən Zaur Eynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Zaur Eynalov 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan antiterror tədbirləri zamanı 2017-ci il oktyabrın 27-də Suriya, İraq dövlətlərinin ərazilərində dini ekstremizm zəminində təlim və döyüşlərdə iştirak etmiş Zaur Eynalov həbs edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31