Oğurluqda şübhəli bilinən keçmiş məhkumlar tutulublar

Oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.

Oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıblar.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 30-da Bakıxanov qəsəbəsində yaşayan Cəfər Nəbiyevin həyətindən su çəni oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məcid Mustafayev, əvvəllər məhkum olunmuş Qafar Babayev və Elgün Əhmədov saxlanılıblar.  Ətraflarında aparılmış tədbirlərlə M.Mustafayevin və Q.Babayevin mayın 31-də qəsəbə ərazisindəki daha bir evin həyətindən su çəni oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31