İki qadını güllələyən qatil yaxalanıb
Balaxanı qəsəbəsində qətl hadisəsi törədilib.
1 İyun 2018 16:31 KriminalBalaxanı qəsəbəsində qətl hadisəsi törədilib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 31-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində qəsəbə sakini Elçin Qədimov münaqişə zəminində tüfəngdən açdığı atəşlə tanışı Aytən Cəfərovaya və onun anası Esmira Cəfərovaya xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Aytən orada ölmüş, anasının vəziyyəti ağırdır. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qədimov saxlanılıb. Onun evindən müvafiq sənədləri olmayan "İJ-16" markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31