Lənkəranda sürücülərin yarışı faciə ilə nəticələndi - VİDEO

Lənkəran şəhərində yol qəzası baş verib.

Hadisə 5 saylı orta məktəbin yaxınlığında qeydə alınıb. "Vaz 2106" və "Nexia" markalı avtomobillərin sürücüləri yarışıblar. "Vaz 2106″nın sürücüsü döngədə yolu keçmək istəyən piyadanı vurub. Daha sonra "Vaz" çevrilib.

Qəza zamanı iki nəfər piyada və "Vaz"ın sürücüsü xəsarətlər alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31