Kafedə partlayış nəticəsində yaralanan hər iki şəxsin bədən səthinin 100 faizi yanıb

Bakıda kafedə partlayış nəticəsində ağır yanıq xəsarətləri alan şəxslərin vəziyyəti olduqca ağırdır. Bu barədə “Report”a Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

Bakıda kafedə partlayış nəticəsində ağır yanıq xəsarətləri alan şəxslərin vəziyyəti olduqca ağırdır. Bu barədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov məlumat verib.

O bildirib ki, 44 yaşlı Natiq İbrahimov və 53 yaşlı Şəkər İbrahimova bütün bədən sətlərinin yanığı diaqnozu ilə şöbəyə gətirilib: "Onlar III və IV dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar hazırda reanimasiyadadırlar. Xəstələrin yaraları infuziya edilərək sarğı olunub, sistem qoşulub və bütün qabaqlayıcı tədbirlər görülüb. Lakin buna baxmayaraq hər iki yaralının vəziyyəti çox ağırdır. Bədən səthlərinin demək olar ki, 100 faiz hissəsi və tənəffüs yolları yanıb".

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31