Səhiyyə Nazirliyi: "Kafedəki partlayışda yaralananların vəziyyəti ağırdır"
Bakının Binəqədi rayonu, “Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində yaralanan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.
21 May 2018 16:30 KriminalBakının Binəqədi rayonu, "Elit" Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə baş verən partlayış nəticəsində yaralanan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova deyib.
Onun sözlərinə görə, biri qadın, digəri isə orta yaşlı kişi olan yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. Yaralılar Respublika Yanıq Mərkəzinə yerləşdirilib.
Hadisə nəticəsində dünyasını dəyişən iki nəfərin şəxsiyyəti hazırda müəyyənləşdirilir.
Trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31