Evdən 2500 manatlıq qızıl aparan tutulub
21 May 2018 15:06 KriminalEvdən xeyli miqdarda qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 13-də rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüsal Kazımov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31