Soyğunçular “isti izlər”lə saxlanılıblar
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər “isti izlər”lə saxlanılıblar.
21 May 2018 13:34 KriminalSoyğunçuluq etməkdə şübhəli bilinən şəxslər "isti izlər"lə saxlanılıblar.
DİN-dən "Olaylar"a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini U.Tağızadə mayın 20-də saat 5 radələrində D.Əliyeva küçəsindəki parkda 2 nəfərin ona zor tətbiq edərək pulunu və mobil telefonunu almağa cəhd göstərdiklərini, lakin səs-küy yarandığından aradan çıxdıqlarını bildirib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinənlər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən "isti izlər"lə saxlanılıblar. Araşdırmalarla onların paytaxt sakini Süleyman Quliyev və Salyan rayon sakini Mahmud İsmayılov olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.