Lənkəranskinin yaxın adamına hökm oxundu

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Bəhruz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Bəhruz Əsgərov 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Bəhruz Əsgərov narkotik maddələrin qanunsuz dövriyyəsindı təqsirli bilinib. Amma o, özünü təqsirli bilməyib və narkotik maddənin ona aid olmadığını deyib.

Qeyd edək ki, Bəhruz Əsgərov kriminal aləmə yaxın adamdır. Onun "Rövşən Lənkəranski" ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarı olduğu qeyd edilib.

Bəhruz Əsgərovun qardaşları da kriminal aləmə yaxın şəxslərdir.

Teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31