Bakıda universitet tələbəsi intihar etdi
21 May 2018 11:31 KriminalBakıda intihar edən gəncin tələbə olduğu məlum olub.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.
Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.
Qeyd edək ki, R.Şahmalıyev dördüncü kurs tələbəsi olub.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31