Xırdalanda binada yanğın olub, 20 sakin təxliyə edilib

Xırdalanda yaşayış binasında yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın Abşeron rayonu, Xırdalan şəhərində altımərtəbəli yaşayış binasında baş verib. Nəticədə binanın 2-ci mərtəbəsinin dəhlizində quraşdırılmış 36 ədəd elektrik sayğac və 2 p.m elektrik kabeli yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təxliyə olunub. Sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31