Qadınları cinsi istismara məruz qoyan şəxs saxlanıb
18 May 2018 16:18 KriminalQadınları cinsi istismara məruz qoymaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-dən "OLaylar"a verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Samirə Mehdiyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanılıb. Görülmüş tədbirlərlə S.Mehdiyeva saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31