Biləcəridə heyvan oğruları saxlanıb

Həyətlərdən heyvan oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Həyətlərdən heyvan oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumta görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Biləcəri qəsəbə sakinləri Y.Dəmirov və A.Quliyev aprelin 15-də və 17-də evlərinin həyətindən ümumilikdə 3 baş qoyun və 10 ev quşunun oğurladığını bildiriblər.   Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Həsənəli Abbaslı saxlanılıb. O, törətdiyi bu cinayət əməlini etiraf edib.  Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31