Ölkəyə qanunsuz telefon gətirilməsinin qarşısı alınıb
Azərbaycana qanunsuz gətirilən mobil telefonlar aşkarlanıb.
18 May 2018 12:39 KriminalAzərbaycana qanunsuz gətirilən mobil telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Qaz 31105" markalı nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı, nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 19 ədəd "Samsung" markalı mobil telefonlar və aksesuarları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31