Polis mənzildə narkotik və silah açkar edib
Sabirabad sakininin evində narkotik və silah tapılıb.
17 May 2018 12:47 KriminalSabirabad sakininin evində narkotik və silah tapılıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Seyidağa Səmədovun yaşadığı evdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 20 ədəd "Tramadol", 2 ədəd elektron tərəzi, 1 ədəd pnevmatik tüfəng, 1 xəncər və 1 bıçaq, habelə həyətyanı sahədən sellofana bükülmüş, çəkisi 150 qrama yaxın narkotik vasitə olan heroin tapılıb. Polis əməkdaşları tərəfindən götürülmüş maddi sübutlar ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31