Avtoqəzada sürücü dünyasını dəyişib
Tərtər şəhərinin ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
16 May 2018 16:04 KriminalTərtər şəhərinin ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 15-də saat 17 radələrində Tərtər şəhərinin ərazisində şəhər sakinləri Mehdi Mustafayevin və Mehman Əsədovun idarə etdikləri iki "VAZ-2106" markalı avtomobil toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş M.Əsədov orada ölmüşdür.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31