Avtomobil qaçıran şəxs ələ keçib
Avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, mayın 15-nə keçən gecə Binəqədi rayonu ərazisindən Sumqayıt şəhər sakini Təvəkkül Cəfərova məxsus “VAZ-21011” markalı avtomobil qaçırılmışdır.
16 May 2018 16:02 KriminalAvtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 15-nə keçən gecə Binəqədi rayonu ərazisindən Sumqayıt şəhər sakini Təvəkkül Cəfərova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılmışdır. DİN-in və Bakı ŞBPİ-nin Təhlükəsiz Şəhər xidmətləri, Bakı ŞBPİ DYPİ və Binəqədi RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən, Bakı şəhər sakini olan bir yeniyetmə avtomobillə birlikdə saxlanılmışdır.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.