Şirkət işçisindən içərisində 70 min manat olan çantanı almaq istəyən saxlanıb

Quldurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanılıb.

Quldurluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70.000 manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov da saxlanılıb.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31