Quba rayonunda fəaliyyət göstərən anbarda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 400 m2 olan anbarın yanar konstruksiyaları 120 m2 sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31