Vahid Ələkbərovun altı işçisi itkin düşdü
16 May 2018 10:53 KriminalAzərbaycan əsilli rusiyalı iş adamı Vahid Ələkbərovun sahibi olduğu "LUKoil" şirkətinin altı işçisi itkin düşüb.
Hadisə Komi Respublikasında baş verib.
Mənbəyə görə, şirkətin səkkiz işçisinin olduğu özüyeriyən maşın (vezdexod) Kojva qəsəbəsindəki istehsal sahəsindən qayıdırmış. Çaya çox yaxın ərazi ilə hərəkət edərkən, maşın suya düşüb. İşçilərdən ikisi xilas ola bilsə də, altı nəfərin taleyi barədə heç bir məlumat yoxdur.
Hadisə yerində xilasedicilərin işlədiyi bildirilir.
Virtualaz.org "Mash" telegram-kanalına istinadən xəbər verir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31