“TOFAŞ” “KamAZ”a çırpılıb-ölən və yaralanan var
Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
15 May 2018 15:02 KriminalSiyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 14-də saat 19 radələrində Siyəzən rayonunun Gilgilçay qəsəbəsi ərazisində Şabran rayon sakini Hüseynağa Əhmədov idarə etdiyi "TOFAŞ" markalı avtomobili yolun kənarında dayanmış "KamAZ" markalı avtomobilə vurub. Nəticədə H.Əhmədovun sərnişini, həmyerlisi Seymur Qəniyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31