Evlərin qənimi ələ keçib
15 May 2018 14:57 KriminalOğurluq etdiyinə görə tutulmuş Fərman Bağırovun 3 evi qarət rtməsi də müəyyən edilib.
DİN-dən "Olaylar"a verilən mlumata görə, oğurluq etdiyinə görə tutulmuş Fərman Bağırovun ətrafında Suraxanı RPİ 32-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Qaraçuxur qəsəbəsində 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib.
Həmçinin Xızı RPŞ-nin əməkdaşları tərəfindən mayın 11-də rayon ərazisindəki evlərin birindən 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Oleq Larkov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31