Biləsuvarda 3 otaqlı ev yanıb
15 May 2018 14:19 KriminalBiləsuvar rayonu, İsmətli kəndində vətəndaşa məxsus 3 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 108 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağına yığılmış 300 kq ot bağlaması və evin dam örtüyünün yanar konstruksiyaları 80 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31