Masallıda 4 otaqlı ev külə dönüb

Masallı rayonunun Həsənli kəndində vətəndaşa məxsus mənzildə yanğın olub.

Masallı rayonunun Həsənli kəndində vətəndaşa məxsus mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 204 m² olan ikimərtəbəli 4 otaqlı evin 1-ci mərtəbəsində 1 otağın və dəhlizin tavanı 50 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31