“Qayınanam mənə əxlaqsız təklif etdi” – “Qanlı göl”də dəhşətli qətl
11 May 2018 11:48 KriminalBakıda qayınanasını öldürməkdə təqsirli bilinən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə təqsirləndirilən Cavad İbrahimov etiraz əlaməti kimi üzünü arxaya çevirərək ayaq üstə dayanıb. Bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar ediblər. O, məhkəmədən işinə ədalətli baxılmasını istəyib.
Cavad İbrahimov hakimin suallarının heç birinə cavab verməyib.
İttihama görə, bu il yanvarın 11-də Yasamal rayonunun "Qanlı göl" yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü Nigar Namazovanın meyiti tapılıb. Məlum olub ki, Nigar Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.