Bakıda internatda 16 yaşlı qız zorlandı

Bakıdakı internat məktəblərindən birində zorlanma baş verməsi iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edilib.

Paytaxt şəhər sakini C.A. polisə müraciət edərək Xəzər rayonunda yerləşən 8 nömrəli Sanatoriya tipli internat məktəbində qızı 16 yaşlı N.A.-nın döyüldüyünü və internatda yaşayan Ramin adlı şəxs tərəfindən zorlandığını bildirib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31