Silsilə oğurluqla məşğul olan şəxs saxlanıb

2 həyətyanı sahədən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mətləb Yusifov saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 18-dən cari il fevralın 9-dək olan müddətdə Yeni Suraxanı qəsəbəsindəki 2 həyətyanı sahədən samovar və su sayğacı, habelə 1 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Mətləb Yusifov saxlanılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31