Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib

Cəlilabad rayonunun Kazımabad kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

DİN-dən "Olaylar"a verilən məlunmata görə, mayın 9-da saat 18 radələrində Cəlilabad rayonunun Kazımabad kəndində kənd sakini İlqar Həsənov idarə etdiyi "VAZ-21074" markalı avtomobili yolun kənarındakı qaz borusuna vurmuş və idarəetməni itirdiyindən avtomobili aşırmışdır. Nəticədə sürücü hadisə yerində ölmüş, sərnişini - arvadı Yaqut İsayeva xəstəxanaya yerləşdirilmişdir.

Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31