Paytaxtda soyğunçular saxlanıb
10 May 2018 16:02 KriminalSoyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakinləri saxlanılıblar.
DİN-dən "Olaylar"a verilən məlumata görə, mayın 8-də Nizami rayonunun Q.Qarayev prospektində 3 nəfər naməlum şəxs Bakı şəhər sakini R.Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə ondan almışlar. 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zahir Nəbiyev, Rasim Larionov və Ərəstun Məmmədov saxlanılmışlar.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31